Xəbər Portalı

Polşada 16 yaşlı qıza qarşı seksual xarakterli cinayətdə şübhəli bilinən gürcü saxlanılıb

2026-11-04 15:57:14

Polşada Gürcüstan vətəndaşı saxlanılıb: Təyyarədə 16 yaşlı qıza qarşı cinayət törədilməkdə şübhəli bilinir Polşada Gürcüstanın 29 yaşlı vətəndaşı saxlanılıb.

Polşada Gürcüstan vətəndaşı saxlanılıb: Təyyarədə 16 yaşlı qıza qarşı cinayət törədilməkdə şübhəli bilinir
​Polşada Gürcüstanın 29 yaşlı vətəndaşı saxlanılıb. O, təyyarədə 16 yaşlı qıza qarşı seksual xarakterli cinayət törətməkdə şübhəli bilinir.  
​N24.GE xəbər verir ki, bu barədə Polşanın "RMF24" nəşri yerli polisə istinadən məlumat yayıb.  
​Hadisə oktyabrın 30-da Barselonadan Varşava-Modlin hava limanına uçan reysdə baş verib. Polşa mediasının məlumatına görə, ehtimal olunan zərərçəkən Polşanın 16 yaşlı vətəndaşıdır.  
​Təyyarə eniş etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan vətəndaşını saxlayıblar. Ona rəsmi ittiham irəli sürülüb, məhkəmə isə barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.  
​Saxlanılan şəxs ittihamı qəbul etmir. Təqsiri sübuta yetirilərsə, onu 8 ilədək həbs cəzası gözləyir.