Polşada Gürcüstanın 29 yaşlı vətəndaşı saxlanılıb. O, təyyarədə 16 yaşlı qıza qarşı seksual xarakterli cinayət törətməkdə şübhəli bilinir.
N24.GE xəbər verir ki, bu barədə Polşanın "RMF24" nəşri yerli polisə istinadən məlumat yayıb.
Hadisə oktyabrın 30-da Barselonadan Varşava-Modlin hava limanına uçan reysdə baş verib. Polşa mediasının məlumatına görə, ehtimal olunan zərərçəkən Polşanın 16 yaşlı vətəndaşıdır.
Təyyarə eniş etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan vətəndaşını saxlayıblar. Ona rəsmi ittiham irəli sürülüb, məhkəmə isə barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
Saxlanılan şəxs ittihamı qəbul etmir. Təqsiri sübuta yetirilərsə, onu 8 ilədək həbs cəzası gözləyir.





Şərhlər (0)
Şərh yoxdur